Gimnaziadada çıxış edəcək Azərbaycanın stolüstü tennisçiləri bəlli olub
05 aprel 2025 736
Azərbaycanın stolüstü tennisçiləri Serbiyanın Zlatibor şəhərində keçiriləcək Gimnaziada yarışlarında iştirak edəcəklər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib ki, yığma bu məqsədlə sözügedən ölkəyə yola düşüb.
Turnirdə Onur Quluzadə, Uğur Nəzərli, Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı, Yağmur Məmmədli, Xədicə Eylazova və Mələk Əhmədzadə məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə Gimnaziadanın oyunlarını idarə edəcək.
Stolüstü tennisçilər aprelin 7-də şəxsi və komanda yarışlarında mübarizəyə başlayacaqlar. Gimnaziadaya aprelin 14-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı