Gimnastlarımız komanda yarışlarında festivalı medalsız başa vurdular
23 iyul 2025 - 19:57 715
Bu gün Xorvatiyanın Osiek şəhərlərində XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarının ikinci gününə start verilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, ölkəmizi idman gimnastikası (qızlar, fərdi) üzrə Albina Əliyeva, Aynaz Məcidzadə, Leyla Məmmədzadə (çoxnövçülük) təmsil edib.
Komanda yarışlarında Albina Əliyeva 45.900 xalla 37-ci, Aynaz Məcidzadə 43.550 xalla 67-ci, Leyla Məmmədzadə isə 28.150 xalla 98-ci sırada yer alıblar. Komanda hesabında gimnastlarımız 19-cu yerə layiq görülüblər.
Bununla da gimnastika yığmamız komanda yarışlarında festivalı medalsız başa vurublar.
Qeyd edək ki, gimnastika yarışları “Qradski Vrt” yarış zalında keçirilib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı








