Gimnastika Federasiyasının baş katibi: İnanıram ki, gimnastlarımız sabahkı finallarda da layiqli çıxış edəcəklər
02 oktyabr 2025 - 19:25 426
Dünən təsnifat yarışları olmuşdu. Bu gün komanda finalında çıxış etdik. Sevindirici haldır ki, həm qızlar, həm də oğlanlar arasında finalda təmsil olunduq.
Bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə jurnalistlərə açıqlaması zamanı deyib.
O, batut gimnastikası üzrə Azərbaycan komandalarının III MDB Oyunlarındakı nəticələrini dəyərləndirib.
“Qızların yarışında istədiyimiz nəticələri əldə etməsək də, oğlanlar bizi sevindirdilər. Azərbaycana gümüş medal qazandırdılar. Sinxron proqramda mübarizəyə davam edəcəyik. İnanıram ki, idmançılarımız sabahkı finallarda da layiqli çıxış edəcəklər. Şəki camaatını gimnastika yarışlarına dəvət edirəm, onları Azərbaycan idmançılarına dəstək olmağa çağırıram”, - deyə baş katib vurğulayıb.
Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara oktyabrın 3-də yekun vurulacaq.
Bənzər xəbərlər
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman ... Ətraflı
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı