Gənclər arasında Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib
11 aprel 2024 962
Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində yarımfinala yüksəlib.
Bilalhəbaşi Nəzərov (48 kiloqram) irlandiyalı Skott Tompsonla qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gələcək.
Ömər Aslanlı (54 kiloqram) da komanda yoldaşının uğurunu təkrarlayıb. Turner Cozef Ceymslə (İngiltərə) qarşılaşan idmançı 4:3 hesabı ilə qələbə qazanıb. O, finala gedən yolda Atanas Dinkovu (Bolqarıstan) sınağa çəkəcək.
Azərbaycan boksçuları yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər. Bu mərhələnin görüşləri aprelin 12-də olacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı