Gənc cüdoçulardan ibarət Azərbaycan yığması komanda hesabında dünya ikincisi olub
09 oktyabr 2023 369
Azərbaycanın gənc cüdoçuları Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatının fərdi yarışlarında 1 qızıl və 2 gümüş medal qazanıblar.
Yığmamız medal əyarına görə oğlanlar arasında komanda hesabında ikinci yeri tutub.
Yarışda Azərbaycanı 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu təmsil edib.
Dünya çempionatının fərdi yarışlarında Vüsal Qələndərzadə (73 kiloqram) qızıl, Nizami İmranov (60 kiloqram) və Vüqar Talıbov (90 kiloqram) gümüş medala sahib olublar. Könül Əliyeva (48 kiloqram), Ömər Rəcəbli (81 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) isə yarışı beşinci yerdə tamamlayıblar.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı