"Galatasaray" ın U16 komandasını məğlub edən qızlarımız, bu gün vətənə qayıdır
28 mart 2024 105
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını bu gün yekunlaşdıran qızlardan ibarət U-16 və U-18 yığmalarımız, son yoldaşlıq görüşlərində də, önəmli qələbələr qazanıblar. Beləki, Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz, keçirdikləri növbəti 8 yoxlama oyununun yalnız birində məğlub olublar. Yüksək liqa təmsilçisi "Galatasaray" ın U16 komandası üzərində önəmli qələbə qazanan qızlarımız, bu hazırlıq prosesində yeganə məğlubiyyətini digər yüksək liqa təmsilçisi "Emlak Konut" lu həmyaşıdlarından alıblar.
AZE-U16 - "Qalatasaray" U16 (65-54)
AZE-U18 - "Besaş" U18 (72-61)
AZE-U16 - "Besaş" U16 (82-56)
AZE-U18 - "Bursa Uludağ" U18 (84-70)
AZE-U16 - "Bursa Uludağ" U16 (69-57)
AZE-U18 - "İstanbul Allstar" U18 (75-74)
AZE-U16 - "Emlak Konut" U16 (54-66)
AZE-U14 - "Darruşafaka" U14 (78-48)
Qeyd edək ki, qızlarımız bu təlim-məşq toplanışında keçirilmiş yoxlama oyunlarında 14 qələbə qazanıb və cəmi bir dəfə məğlub olublar
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı