“Futbolumuzun bugünkü durumu ürəkaçan deyil” - Fərid Qayıbov
24 dekabr 2024 390
“İstəyərdim ki, Azərbaycan çempionatında 10 deyil, çox komanda olsun. Premyer Liqanın ilk yarısı başa çatıb və liderlə ikinci yer arasında ciddi fərq var. Bu məni narahat edir”.
Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərlə görüşdə deyib.
O, Azərbaycan futbolunun bugünkü durumundan danışıb: “Qarabağ” üçün ölkə çempionatında rəqabət, demək olar ki, azdır. İstəyirik ki, Azərbaycan klubu avrokubokda daha yaxşı çıxış etsin, amma rəqabət vacibdir. Vaxt var idi ki, bir mərhələ keçə bilmirdik. Bu da inkişafdır, lakin daha yaxşı ola bilər. Futbolumuzun bugünkü durumu ürəkaçan deyil. Ancaq burada tək günahkar AFFA-nı hesab etmək olmaz. Biz futbolun inkişafını istəyiriksə, uşaq futboluna investisiya qoyaq. Məsələn, “Qarabağ”ın heyətində elə futbolçular var ki, Avropanın adlı-sanlı liqalarında çıxış edə bilər. Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Toral Bayramov kimi oyunçular buna misaldır”.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı