Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli olub
21 sentyabr 2025 - 12:13 517
Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatıb.
Yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb.
Ən yaxşı nəticəyə Cek Krauford (“DAMS”) imza atıb. Yoşua Dürksen “AIX Racing" ikinci, Dino Beqanoviç (“TGR") üçüncü olub.
Qran-Prinin ilk günündə təşkil olunmuş birinci sərbəst yürüşdə Aleks Dunne (“Rodin”), sıralama turunda isə C.Krauford qalib olub. Sprint yarışında isə isveçli D.Beqanoviç birinci yeri tutub.
Bu gün, həmçinin saat 15:00-da Formula 1 üzrə əsas yarış baş tutacaq.
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı