Fernando Alonso: Yüksək sürətlə Bakının dar küçələrindən keçmək həyəcanvericidir
12 sentyabr 2024 991
"Bakıda hər şey tamamilə fərqli olacaq".
Bu sözləri "Aston Martin" komandasının pilotu Fernando Alonso Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Təcrübəli sürücü həftəsonunun onlar üçün asan olmayacağını bildirib: "Bakı trekinin dar döngələri, yüksək sürət tələb edən yolları işimizi çətinləşdirəcək. Amma heç nə mümkünsüz deyil. Biz hər zaman olduğu kimi mübarizə aparacağıq".
Bakı trasının F1 təqvimindəki ən sürətli şəhər treki olduğunu xatırladan dünya çempionu azarkeşlərə həyəcanverici anlar yaşadacaqlarına inandığını bildirib: "Bu trek mənə yad deyil. Dəfələrlə Bakı yarışında yaxşı nəticələr əldə etmişəm. Onu da bilirəm ki, yüksək sürətlə dar küçələrdən keçmək olduqca həyəcanvericidir".
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı