Fərid Qayıbov "Olimpiya" klubunun üzvləri ilə görüşüb
30 mart 2024 1310
Martın 30-da gənclər və idman naziri Fərid Qayıbov Bakı Olimpiya Stadionunda yerləşən "Olimpiya" klubunun üzvləri ilə görüşüb.
Nazir burada fəaliyyət göstərən MMA, güləş və boks idman bölmələrinin fəaliyyəti ilə də maraqlanıb.
F.Qayıbov, həmçinin məşqçilər Gözəl Zutova və Yusif Əliyevlə fikir mübadiləsi aparıb, idmançılarla söhbət edib, onların hazırlıqları ilə maraqlanıb.