Fərid Qayıbov: "Bu gün idmanın nəbzi Qəbələdə döyünür"
16 yanvar 2025 422
"Bu gün burada öz bacarığını nümayiş etdirən idmançılar gələcəkdə bayrağımızı beynəlxalq arenalarda dalğalandıracaqlar"
Bu sözləri Gənclər və İdman naziri Fərid Qayıbov "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, ölkənin qabaqcıl şəhərlərindən biri olan Qəbələdə böyük idman ənənələri var.
"Bu gün idmanın nəbzi Qəbələdə döyünür. Tədbirdə Qəbələdən olan bir çox azyaşlı idmançıları gördük.
Hesab edirəm ki, bu gün burada öz bacarığını nümayiş etdirən idmançılar gələcəkdə ölkəmizi layiqincə təmsil edəcəklər. "İdman paytaxtı"na gəlincə isə ötən il Quba şəhəri "İdman paytaxtı" seçilmişdi. Düşünürəm ki, Quba layiqincə bu işin öhdəsindən gəldi. Burada müxtəlif yerli və beynəlxalq idman tədbirləri təşkil olundu. Yekunda bu regionda daha çox insan idmanla məşğul olmağa başladı. Bir sözlə, bu cür seçimlərlə idmanın bölgələrdə də kütləviliyinə nail olmağı qarşıya hədəf qoymuşuq. Hesab edirəm ki, ilin sonunda biz Qəbələdə böyük bir tədbirə toplaşaraq, əldə oluna nailiyyətləri müzakirə edəcəyik", - deyə Fərid Qayıbov bildirib.
Nazir həmçinin gələn il ölkəmizin sentyabr ayında MDB Oyunlarına ev sahibliyi edəcəyini qeyd edib. O, bu mötəbər yarışa hazırlıq işlərinin yüksək səviyyədə görüldüyünü və oyunların uğurla təşkil olunacağına inandığını diqqətə çatdırıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı