Fərid Mansurov “Tam səmimi”də karyerasının unudulmaz məqamlarından danışıb
08 dekabr 2025 - 13:09 30
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov İdman TV-nin efirində yayımlanan “Tam səmimi” verilişinin qonağı olub.
Olympic.az xəbər verir ki, Olimpiya çempionu həm idman yoluna başlamağı, həm qazandığı nailiyyətləri, həm də güləşin həyatındakı xüsusi yerini geniş şəkildə bölüşüb.
Fərid Mansurov güləşə gəlişinin səbəblərindən və həmin dövrdən etibarən idmanın onun həyatında necə böyük rol oynadığından danışıb. O, xalça üzərində qazandığı unudulmaz qələbələri xatırlayaraq, xüsusilə Olimpiya Oyunlarının final mərhələsini karyerasının ən yaddaqalan məqamı kimi dəyərləndirib.
Titullu güləşçi söhbət zamanı Olimpiya çempionu olduğu anı karyerasının zirvəsi və ən böyük məsuliyyət anı kimi xarakterizə edib. Fərid Mansurov həmin uğurun ona həm idmançı, həm də bir şəxsiyyət kimi verdiyi dəyərlərdən danışıb.
Verilişdə gələcək nəsil idmançılara müraciət edən Olimpiya çempionu gənclərə əzmkarlıq, intizam və məqsədyönlülük kimi keyfiyyətləri önə çəkməyi tövsiyə edib. O bildirib ki, böyük nailiyyətlərə gedən yol daim zəhmət, fədakarlıq və öz üzərində fasiləsiz çalışmağı tələb edir.
Milli Olimpiya Komitəsinin vitse-prezidentinin “Tam səmimi”də səsləndirdiyi səmimi fikirlərlə bağlı verilişin tam buraxılışını təqdim linkdən izləyə bilərsiniz.
Bənzər xəbərlər
“Olimpsport” jurnalının Zəfər buraxılışı oxuculara təqdim olunub
“Olimpsport” jurnalının Zəfər buraxılışı çapdan çıxıb.
Olympic.az xəbər verir ki, 2008-ci ... Ətraflı
Rəşad Rəsullu: “Əsas hədəflərimiz Bakıda keçiriləcək dünya çempionatı və Los-Anceles-2028 Olimpiya Oyunlarıdır”
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Olympic.az saytına müsahibə verib. ... Ətraflı