Fərhad Əliyev: "AKAF gələcək planlarında Ağdamı əsas məkanlardan biri kimi görür"
01 may 2025 556
"Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası olaraq ölkəmizdə bu idman növünün coğrafiyasını genişləndirməyi planlaşdırırıq".
Bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev olympic.az saytına açıqlamasında deyib.
O bildirib ki, avarçəkmə yarışlarının keçirilməsi üçün ilk növbədə uyğun su hövzələrinin mövcudluğu əsas şərtdir: “Qubadlıda Həkəri çayına baxış keçirmişik, lakin həmin ərazi kayak, kanoe və akamedik avarçəkmə növləri üçün yararlı deyil. Orada yalnız raftinq növü üzrə yarışlar təşkil etmək mümkündür”.
Baş katib əlavə edib ki, federasiya digər bölgələrdə də araşdırmalar aparır. Hazırda işğaldan azad edilmiş torpaqlarımızdan Füzuli və Suqovşan bu idman növü üzrə yarışların təşkili üçün beynəlxalq standartlara cavab verir.
“Gələcəkdə Ağdamda da avarçəkmə yarışlarının təşkili nəzərdə tutulur. Bu günlərdə Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə birlikdə həmin əraziyə baxış keçirmişik. Lakin hələ ki, oraya yol çəkilməyib və əhali məskunlaşmayıb. İstəyirik ki, yarışlar insanların rahat gələ biləcəyi, idmanla məşğul ola biləcəyi yerlərdə təşkil olunsun. Bu, həm də idman növünün kütləviləşməsinə şərait yaradar. Bir sözlə, AKAF gələcək planlarında Ağdamı əsas məkanlardan biri kimi görür", - deyə Fərhad Əliyev bildirib.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı