Əzəmətli Eyfel qülləsi 5 halqa ilə bəzədiləcək
09 aprel 2024 712
Parisdə keçiriləcək Yay Oyunları zamanı Eyfel qülləsində olimpiya halqaları quraşdırılacaq. Bu barədə məlumatı aprelin 8-də “Le Parisien” qəzeti öz səhifələrində yayıb. Məlumatda bildirilir ki,
Olimpiya oyunlarına ev sahiblik edəcəyi şəhərin simvolik yerində beş nəhəng halqa quraşdırılır. Paris bunun üçün Eyfel qülləsini seçib.
Qeyd olunur ki, halqalar birinci və ikinci mərtəbələr arasında 60 m hündürlükdə quraşdırıla bilər. Polad konstruksiyaların eni 29 m və hündürlüyü 15 m olacaq. Bundan başqa qüllənin bəzədilməsi açılış mərasiminin yekun mərhələsi olacaq.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı