EYOF-2025: Üzgüçülərmiz yarımfinala vəsiqə əldə edə bilməyiblər
24 iyul 2025 - 16:15 747
Skopye Bədən Tərbiyəsi və İdman İnstitutunun hovuzunda keçirilən üzgüçülük yarışı davam edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, festival iştirakçıları bu dəfə 100 metr məsafəyə arxasıüstə yarışıblar. Qızların yarışında iki təmsilçimiz mübarizə aparıb. Yarımfinala vəsiqə uğrunda yarışıda Vlastilina Xasyanova (1:10.56) 39-cu yeri tutub.
Digər təmsilçimiz Mehri Əbdürəhmanlı (1:14.56) bu növdə çıxışını 41-ci pillədə tamamlayıb. Bununla da hər iki üzgüçümüz yarımfinala vəsiqə əldə edə bilməyiblər.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı