EYOF-2025: Stolüstü tennis yarışlarına start verildi
22 iyul 2025 - 15:14 632
Bu gün Skopye-2025 çərçivəsində keçirilən stolüstü tennis yarışlarına start verilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu idman növü üzrə ilk yarış günündə iki idmançımız mübarizə aparacaq.
Artıq stolüstü tennisçilərimizdən Şəbnəm Mansurova ilk oyununu keçirib. Fərdi yarışlarda çıxış edən idmançımız beşinci qrupun birinci turunda serbiyalı Maya Van¬yo ilə qarşılaşıb. “Partizan” idman zalında keçirilən görüş rəqib idmançının 3:1 (8:11, 11:2, 11:8, 11:1) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Şəbnəm Mansurova bu gün Bakı vaxtı ilə saat 19:30 ikinci oyununa çıxacaq. Rəqib Yunanıstan təmsilçisi Styliani Mavromataki olacaq. )
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı

