Ər-Riyad-2025: Qadın güləşçimiz qızıl medal qazandı
19 noyabr 2025 - 19:25 454
Azərbaycan komandası VI İslam Həmrəyli Oyunlarında növbəti medalını qazanıb.
Olympic.az xəbər verir ki, bu uğura qadın güləşçimiz Jalə Əliyeva nail olub.
57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medala sahib çıxıb. O, finalda Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gəlib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov və Olimpiya çempionu Namiq Abdullayev güləş yarışlarını oyunların keçirildiyi arenada izləyib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı




