Xəbərlər

Ər-Riyad-2025: Altıncı yarış gününün gündəliyi

09 noyabr 2025 - 09:27 101

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün altıncı yarış gününə start veriləcək. 

 

Olympic.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları 6 idman növündə qüvvələrini sınayacaqlar.

 

Təmsilçilərimiz cüdo, üzgüçülük, ağırlıqqaldırma, stolüstü tennis, voleybol və boks yarışlarında çıxış edəcəklər.

 

Qeyd edək ki, Azərbaycanı Oyunlarda 20 idman növündə 169 idmançı təmsil edir. 

 

Ağırlıqqaldırma

 

Saat: 18:30

 

İdmançı: İsa Rüstəmov (71 kq)

 

Stolüstü tennis

 

Saat: 11:00

 

İdman növü: Komanda yarışları, qrup mərhələsi (Qadınlar)

 

Görüş: Azərbaycan – Pakistan

 

Cüdo

 

Mərhələ: 1/4 final

 

Saat: 12:00

 

İdmançılar:

 

1. Günel Həsənli (-78 kq)

 

2. Aytac Qardaşxanlı (-70 kq)

 

3. Südabə Ağayeva (-70 kq)

 

4. Elcan Hacıyev (-90 kq)

 

5. Zelim Kotsoyev (-100 kq)

 

6. Uşangi Kokauri (+100 kq)

 

Boks

 

Mərhələ: Yarımfinal

 

Saat: 16:00 – Səidcəmşid Cəfərov (80 kq)

 

Saat: 19:20 – Aynur Mikayılova (57 kq)

 

Saat: 19:40 – Fatimə Mehdiyeva (65 kq)

 

Saat: 20:00 – Məhəmmədəli Qasımzadə (60 kq)

 

Üzgüçülük

 

Saat: 11:03 – Səid Həmidov, 200 metr fərdi qarışıq

 

Saat: 11:03 – Yeqor Maynitski, 200 metr fərdi qarışıq

 

Saat: 11:09 – Rəşad Alquliyev, 100 metr arxasıüstə üzmə

 

Final mərhələləri:

 

Saat: 19:00 – Fatimə Alkərəmova, 200 metr fərdi qarışıq

 

Saat: 20:17 – Anastasiya Boborikina, 100 metr brass üsulu

 

Saat: 20:30 – Qadınlar, 4x200 metr sərbəst estafet (final)

 

Saat: 20:49 – Kişilər, 4x200 metr sərbəst estafet (final)

 

Voleybol

 

Növ: Qadınlar, qrup mərhələsi

 

Saat: 17:00

 

Görüş: Azərbaycan – Türkiyə