Ən gənc səkkizqat Olimpiya çempionu kim oldu?
16 fevral 2026 - 13:37 351
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında rekordlar bir-birini əvəzləyir. Belə ki, 29 yaşlı norveçli xizəkçi Yohannes Klebo səkkizqat Olimpiya çempionu adını qazanıb. O, 10 km sərbəst fərdi vaxt yarışında finişə hamıdan tez çatıb - 20:36.2 saniyə.
Bununla da Klebo Qış Oyunlarında qazanılan qızıl medalların sayına görə həmyerliləri Björn Dählie, Marit Björgen və Ole Einar Björndalenə çatıb. O, rəqibləri arasında ən gənc idmançı kimi rekordu yeniləyib.
Xatırladaq ki, Dahlie 30 yaşında səkkizqat Olimpiya çempionu olub. Björgen və Björndalen isə bu nailiyyətə 34 yaşında çatıblar.
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı