Emin Əmrullayev Beynəlxalq Basketbol Federasiyasının baş katibi ilə görüşüb
24 aprel 2025 435
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklis, 3x3 basketbol yarışlarının meneceri xanım Yovana Vukoye və Çempionlar Liqasının kommersiya direktoru Benjamin Qoute ilə görüşüb.
Görüş zamanı Azərbaycanda 3x3 basketbolun inkişafı və bu sahədə mövcud perspektivlər, həmçinin yeniyetmə basketbolçuların Çempionlar Liqasında iştirakı məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan klublarının növbəti mövsümlərdə intensiv olaraq beynəlxalq arenalarda, o cümlədən Çempionlar Liqasında iştirakının vacibliyini vurğulayıblar.
Bu istiqamətdə atıla biləcək addımlar və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi də aparılıb. Eyni zamanda, görüşdə Azərbaycan Basketbol Liqasının mütəşəkkil inkişafı, liqanın strukturunun təkmilləşdirilməsi, kommersiya potensialının artırılması, yerli klubların idarəçilik və infrastruktur səviyyələrinin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin ölkədə basketbolun ümumi inkişaf strategiyası müzakirə olunub.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı