Elnur Amanov: "Ölkəmizin medal hesabını zənginləşdirdiyimiz üçün sevinirəm"
30 sentyabr 2025 - 22:45 725
“III MDB Oyunlarını yekunda 22 medalla başa vurduq. Amma bir məşqçi kimi nəticələrdən o qədər də razı qalmadım”.
Bu sözləri müsahibəsində taekvondo üzrə 21 yaşadək gənclər arasında milli komandanın baş məşqçisi Elnur Amanov deyib.
O, komandamızdan daha çox qızıl medal gözlədiyini qeyd edib. “Düşünürəm ki, 4 yox, 6 qızıl medal qazana bilərdik. İdmançılarda bir qədər arxayınlıq və şanssızlıq oldu. Amma yenə də ilk dəfə iştirak etdiyimiz MDB Oyunlarında uğurla çıxış edərək ölkəmizin medal hesabını zənginləşdirdiyimiz üçün sevinirəm. İlin sonunda 21 yaşlı idmançılar arasında dünya və Avropa çempionatı keçiriləcək. İnanıram ki, komandamız həmin yarışlarda da uğurlu nəticələrlə Vətənə qayıdacaq”, - deyə Elnur Amanov bildirib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı