Əlimurad Hacızadə: "Gələcək yarışlarda da bu uğuru təkrarlamaq istəyirəm"
02 may 2024 1025
"Belə bir yarışda medal qazandığım üçün çox sevinirəm".
Bu sözləri avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasında qızıl medal qazanan idmançımız Əlimurad Hacızadə deyib.
Gərgin məşqlərin sayəsində turnirin qalibi olan idmançımız gələcəkdə Olimpiya Oyunlarının qalibi olaq istədiyini qeyd edib.
"Bu, hissləri sözlə ifadə etmək çətindir. Başa düşmək üçün bu anları yaşamaq lazımdır. Gələcək yarışlarda da bu uğuru təkrarlamaq istəyirəm. Ən böyük arzum isə Olimpiya Oyunlarının qalibi olmaqdır", - deyə Əlimurad Hacızadə deyib.
Qeyd edək ki, Əlimurad Hacızadə bu gün keçirilən "Prezident Kuboku-2024" beynəlxalq reqatasında 2008-2009-cu illər təvəllüdlü avarçəkəkənlərin mübarizəsində 500 metr məsafəyə yarışda qızıl medala layiq görülüb.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
