Dünyanın tanınmış cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər
06 fevral 2025 703
Dünyanın daha bir neçə tanınmış cüdoçusu Bakıdakı "Böyük Dəbilqə"də mübarizə aparacaq.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışda qadın idmançılardan isveçli olimpiya, dünya mükafatçısı Tara Babulfat (48 kq), kosovolu olimpiya çempionu, dünya mükafatçısı Distria Krasniqi (52 kq), niderlandlı dünya çempionu Coan Van Lisxaut (63 kq) tatami üzərinə çıxacaqlar.
Kişilərdən tacikistanlı dünya, olimpiya mükafatçısı Somon Maxmadbekov (81 kq) ilə rusiyalı dünya, olimpiya mükafatçısı Tamerlan Başayev (+100 kq) də medal qazanmağa çalışacaqlar.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 14-16-sı aralığında keçiriləcək. Daha əvvəl Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçularının turnirdə iştirak edəcəyi açıqlanıb.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı