Dünya reytinqi: Azərbaycan cüdoçularının yeni mövqeyi bəlli olub
13 may 2024 1324
Beynəlxalq Cüdo Federasiyası dünya reytinq cədvəlini yeniləyib.
Qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində dəyişiklik olub.
Dördqat Avropa çempionu Hidayət Heydərov (73 kiloqram) öz çəki dərəcəsi üzrə liderliyini qoruyub. Onun aktivində 6798 xal var.
Digər kişi cüdoçulardan Balabəy Ağayev (60 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) öz çəki dərəcələri üzrə 5-ci, Yaşar Nəcəfov (66 kiloqram) 7-ci, Murad Fətiyevlə (90 kiloqram) Səid Mollayi (81 kiloqram) isə 11-ci pillədə qərarlaşıblar.
Qadın cüdoçulardan isə ən yaxşı nəticə Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyevaya (52 kiloqram) məxsusdur – 16-cı yer. Açelya Toprak (57 kiloqram) isə 23-cü sırada yer alıb.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı