Dünya Kuboku: Azərbaycanın üç boksçusu bürünc medal qazanıb
06 iyul 2025 - 11:08 448
Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunda yarımfinal döyüşləri başa çatıb.
Azərbaycan millisinin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.
Sübhan Mamedov (50 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) bürünc medala yiyələniblər.
Qeyd edək ki, sabah yekunlaşacaq Dünya Kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.