Dünya kuboku: Azərbaycan atıcıları 21-ci və 25-ci olublar
02 may 2024 716
Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda ilk finalçılar bəlli olub.
Pnevmatik tapança ilə 10 m məsafədən atəş açma yarışlarında qarışıq komandalar təsnifat mərhələsində mübarizə aparıblar.
Azərbaycanın iki cütlüyü də hədəf önünə keçib. Nigar Nəsirova ilə Ruslan Lunyovdan ibarət komanda 568 xalla 21-ci yeri tutub. 565 xal toplayan Leyli Əliyeva ilə Vladislav Kalmıkov 25-ci olublar.
Qeyd edək ki, yarışa qatılmalı olan 28 komandadan biri start xəttinə çıxmayıb. 27 cütdən dördü sabahkı həlledici raunda yüksəlib. Türkiyə və Qazaxıstan qızıl, Ukrayna və Çin bürünc medal uğrunda mübarizə aparacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı

