Dünya Kamandan Oxatma Federasiyası ilə Azərbaycan arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
14 iyul 2025 - 12:59 543
Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Uğur Erdenerin Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyevlə görüşü keçirilib.
AKOF-dan verilən məlumata görə, qonaq Bakıda açıq havada məşq edən böyük, yeniyetmə və gənclərdən ibarət milli komandaların təlim-məşq prosesini izləyib. O, Azərbaycan idmançılarının hazırlıq səviyyəsini yüksək qiymətləndirib və onlara beynəlxalq yarışlarda uğurlar arzulayıb.
Anar Quliyev ölkəmizdə kamandan oxatma idman növünə artan maraqdan və idmançılar üçün yaradılan şəraitdən danışıb. Tərəflər görüş zamanı Azərbaycanda kamandan oxatma idman növünün inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanlarını da müzakirə ediblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı