Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub
09 sentyabr 2025 - 12:05 498
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.
Qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.
Millinin heyətində İslam Bazarqanov (57 kiloqram), Nürəddin Novruzov (61 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Cəbrayıl Qadjiyev (79 kiloqram), Arseni Cioyev (86 kiloqram), Osman Nurmaqomedov (92 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) uğur qazanmağa çalışacaqlar.
Daha sonra 3 qadın güləşçi – Jalə Əliyeva (57 kiloqram), Günay Qurbanova (59 kiloqram) və Birgül Soltanova (62 kiloqram) xalçaya çıxacaqlar.
Yarışın son günlərində isə yunan-Roma güləşçiləri güclərini yoxlayacaqlar. Heyətdə Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Qurban Qurbanov (82 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) yer alıblar.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 13–21-də təşkil olunacaq.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı