Dünya çempionatı: Azərbaycan cüdoçuları üçüncü günü medalsız başa vurublar
29 avqust 2025 - 13:01 453
Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının üçüncü gününü medalsız başa vurublar.
Məhəmməd Ağakişiyev (73 kq) 1/16 finalda Atxan Biçoyevi (IJF) məğlub etsə də, 1/8 finalda Veliko Varniçiçə (Serbiya) uduzub.
Səmayə Yusifli (57 kq) isə 1/16 finalda Nonoka Yamakavaya (Yaponiya) məğlub olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 11 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar.
Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı