Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışları 3 medalla başa vurublar
06 oktyabr 2024 1087
Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.
100 kiloqramdan yuxarı çəki dərəcəsində yer alan idmançı Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən Denis Batçayevlə qarşılaşıb.
Rəqibinə ipponla uduzan cüdoçumuz gümüş medalla kifayətlənib.
Bununla da Azərbaycan cüdoçuları mundialın fərdi yarışlarını 3 medalla başa vurublar. Daha əvvəl Süleyman Şükürov (81 kiloqram) və Əjdər Bağırov (100 kiloqram) dünya üçüncüsü olublar.
Qeyd edək ki, dünya çempionatında sabah komanda yarışları keçiriləcək.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı