Dünya birinciliyi: Azərbaycanın üç boksçusu qələbə ilə başlayıb
24 oktyabr 2024 515
Azərbaycanın üç boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyinə qələbə ilə başlayıb.
Mundialın ilk günündə millinin 3 idmançısı mərhələ adlayıb.
Qızbəs İsgəndərli (60 kiloqram) 1/16 final mərhələsi çərçivəsində Ayda Kopse (Sloveniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb və boksçumuz qalib elan edilib. O, 1/8 finalda ilk mərhələdən azad olan tunisli Molka Xalifi ilə döyüşəcək.
63,5 kiloqram çəkidə Əli Abdullayev də debütdə qələbə qazanıb. Boksçumuz Skender Laladan (Albaniya) üstün olub – 4:1 (29:27, 29:27, 29:27, 29:27, 27:29). Ə.Abdullayev 1/16 finalda rusiyalı Malik Suqaypovla üz-üzə gələcək.
Abbasqulu Şadlinski (75 kiloqram) də 1/32 final görüşünü xeyrinə bitirib. O, Montassar Ben Zidi (Tunis) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). Millinin üzvü ikinci qarşılaşmasını Giorgi Natroşviliyə (Gürcüstan) qarşı keçirəcək.
Qeyd edək ki, dünya birinciliyi noyabrın 3-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı