“Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı” təşkil edilib
12 iyun 2026 - 12:56 154
İyunun 11-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə “Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı” keçirilib.
Bakı Avarçəkmə və Kanoe İdman Klubunun bazasında baş tutan yarışda Gənclər və İdman Nazirliyi, TƏBİB, “Azərişıq” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Reklam Agentliyi, SOCAR, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Xəzər Dəniz Gəmiçiliyi QSC və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak ediblər.
İştirakçılar birnəfərlik kişilər və qadınlar, ikinəfərlik kişilər və qadınlar, həmçinin qarışıq cütlər kateqoriyasında kayak qayığında 200 metr məsafədə mübarizə aparıblar. Qaliblər diplom və medallarla mükafatlandırılıblar.
Yarışların texniki nəticələri aşağıdakı kimidir:
K1 - KİŞİLƏR
1- Rüfət Əhmədov (FHN)
2- Cavad Cavadov (GİN)
3- Özcan Kərimov (FHN)
K1 - QADINLAR
1- Leyla Əliyeva (FHN)
2- Mələkxanım Məmmədova (FHN)
3- İlahə Çələbiyeva (GİN)
K2 - KİŞİLƏR
1- Elxan Əsədov – Özcan Kərimov (FHN)
2- Cavad Cavadov – Səid Məlikov (GİN)
3- Murad Həsənov – Qara Rüstəmli (TƏBİB)
K2 - QADINLAR
1- Leyla Əliyeva – Mələkxanım Məmmədova (FHN)
2- İlahə Hacıyeva – Süsən Xudiyeva (SOCAR)
3- İlahə Çələbiyeva – Nailə Xanlarova (GİN)
K2 - QARIŞIQ CÜTLƏR
1- Rüfət Əhmədov – Leyla Əliyeva (FHN)
2- Elşad Kərimov – İlahə Hacıyeva (SOCAR)
3- Mixail Protasov – Janna Məmmədova (ASCO)
Bənzər xəbərlər
Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır
Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatına start veriləcək.
İlk ... Ətraflı
Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk ... Ətraflı

