"DH Volley" qadın voleybol klubu rəsmi olaraq təqdim olundu
29 aprel 2025 1223
Azərbaycan voleyboluna yeni qatılan qadınlardan ibarət “DH Volley” klubunun təqdimat mərasimi baş tutub. Tədbirdə komandanın baş məşqçisi və oyunçularla rəsmi müqavilələr imzalanıb.
“DH Volley” 2025/2026-cı illər mövsümündən etibarən həm Yüksək Liqada, həm də ölkə kubokunda güclü heyətlə çıxış edəcək. Klub rəhbəri Şərəf Yalçın keçirilən mətbuat konfransında bildirib ki, komanda qarşıdakı mövsümdə yalnız yerli deyil, beynəlxalq yarışlarda da uğurlar qazanmağı qarşıya məqsəd qoyub: “Heyətimizə həm milli komandamızda çıxış edən voleybolçular, həm də Avropada təcrübə toplamış idmançılar daxil edilib. Məqsədimiz ilk mövsümdə güclü nəticələr göstərmək, uzun müddətli planda isə “DH Volley”i Avropa səhnəsində tanınan və rəqibləri tərəfindən hörmət edilən klub səviyyəsinə çatdırmaqdır”.
Yeni klubun baş məşqçi postuna Fərid Cəlalov təyin edilib. Komandanın tərkibində isə Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva kimi tanınmış və təcrübəli voleybolçular yer alır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı