Daha bir taekvondoçumuz EYOF-2025-də mübarizəni dayandırdı
23 iyul 2025 - 16:09 646
Skopye-2025 çərçivəsində keçirilən taekvondo yarışlarında ölkəmizi təmsil edən Mehdi Budaqlı (48 kq) mübarizəni dayandırıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, 1/16 finalda ermənistanlı rəqibinə qalib gələn idmançımız növbəti görüşdə türkiyəli Altuq Keskeyə məğlub olub.
Qeyd edək ki, daha əvvəl digər taekvondoçularımız - Humay Dadaşova (49 kq) və Xuraman Cavadzadə (44 kq) 1/32 finalda məğlub olaraq EYOF-2025-də çıxışını başa vurmuşdu.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı