Cüdoçularımız Almaniyada beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər
24 mart 2025 838
Azərbaycanın qadınlardan və gənc qızlardan ibarət cüdo millisinin 12 üzvü Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Toplanış aprelin 5-6-da Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək böyüklər arasında Avropa Kubokuna, aprelin 12-13-də İtaliyanın Linyano şəhərində baş tutacaq gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, ötən gün startı verilən hazırlıq prosesi martın 26-na qədər davam edəcək.