Cüdo üzrə uşaqlar üçün kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
17 mart 2024 180
Martın 16-da cüdo üzrə uşaqlar üçün Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
İmtahanda 250-dən çox cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
ACF-in idman direktoru Kamran Talıbov bildirib ki: “Bu gün Azərbaycan Cüdo Federasiyası sayca 4-cü imtahını keçirib. Bundan öncə Bakı, Gəncə və Sabirabad şəhərlərində kəmər dərəcələri üzrə imtahanlar təşkil olunub. Bundan sonra da il ərzində müxtəlif rayon və şəhərlərdə kəmər dərəcələri üzrə imtahanların keçirilməsi planlaşdırılır. Bu gün keçirilən imtahanda ümumilikdə 250-dən çox idmançı müxtəlif kəmər dərəcələri üzrə imtahan verib
Bu imtahanın əsas məqsədi uşaqların ilkin biliklərini, texniki bacarıqlarını yoxlamaq və fənd bazalarını genişləndirməkdir. Bu fəndlər, gələcək yarış və turnirlərdə onlara çox kömək edəcək.”
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı