Cüdo üzrə Azərbaycan millisinin Qran-Pri turniri üçün heyəti açıqlanıb
08 oktyabr 2025 - 12:02 628
Cüdo üzrə Azərbaycan milli komandasının oktyabrın 11-13-də Perunun paytaxtı Lima şəhərində keçiriləcək Qran-Pri turniri üçün heyəti açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi 9 çəki dərəcəsində 17 cüdoçu (14 kişi, 3 qadın) təmsil edəcək.
Kişilərin mübarizəsində Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kiloqram), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kiloqram), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kiloqram), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kiloqram) qüvvəsini sınayacaq.
Qadınların yarışında isə Könül Əliyeva (48 kiloqram), Xədicə Qədəşova və Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) tatamiyə çıxacaq.
Qeyd edək ki, 3 gün davam edəcək turnirdə 49 ölkədən 293 idmançı (172 kişi, 121 qadın) iştirak edəcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı