Çinli Olimpiya çempionları Bakıda keçiriləcək Dünya kubokunda mübarizə aparacaq
26 mart 2025 879
Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu olan Çinin bədii gimnastika komandası aprelin 18-20-də Bakıda keçiriləcək Dünya kubokunda mübarizə aparacaq.
Milli Gimnastika Arenasındakı çıxış edəcək komandanın heyəti yenilənib. Lakin onların arasında Olimpiya Oyunlarında qızıl medal qazanan Dinq Sinyi və Van Lantszın da olacaq.
Fərdi yarışlarda iki gimnast çıxış edəcək. Onların arasında komandanın lideri, Paris Olimpiadasında çoxnövçülükdə yeddinci yeri tutan Zilu Vanq da var. O, Asiya çempionatının dördqat mükafatçısı və Asiya Oyunlarının bürünc mükafatçısıdır. Ondan başqa, Zihan Vanq da heyətə daxil edilib.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı