Çingiz Hüseynzadə: ""Qarabağ"ın və milli komandanın uğurları sevindiricidir"
03 aprel 2026 - 10:15 241
AFFA-nın XXXIV Hesabat Konfransı başlayıb.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, baş katibi Azər Əliyev, AFFA-nın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, FİFA və UEFA-nın, həmçinin yerli futbol ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edirlər.
Konfransda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə son bir ildə Azərbaycan futbolunda əldə olunan nəticələrin uğurlu olduğunu bildirib.
"Futbol nəticələrlə ölçülən sahədir və bu baxımdan ötən il uğurlu olub. "Qarabağ"ın və milli komandanın uğurları sevindiricidir. "Qarabağ" Azərbaycanı Avropa arenasında layiqincə təmsil etdi. Milli komandamızın da qazandığı uğuru yüksək dəyərləndirmək olar. Ölkədə futbola maraq artıb. Bu münasibətlə futbol ictimaiyyətini təbrik edirəm”, - deyə Çingiz Hüseynzadə bildirib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı