Çingiz Hüseynzadə: “İnanıram ki, Olimpiya Oyunları təmsilçilərimiz üçün uğurlu keçəcək”
15 iyul 2024 871
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə "Sea Breeze"də yerləşən "Costa Coffee" məkanında MOK-un təşkilatçılığı, Azərbaycan Olimpiya yığmasının məğrur tərəfdaşı VISA şirkətinin dəstəyi iləParis-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək olimpiyaçılarımızın yolasalma mərasimi və əyləncəli tədbir zamanı çıxışında deyib.
Parisə böyük komanda ilə yola düşəcəklərini qeyd edən Çingiz Hüseynzadə atletlərimizin Vətənə ən azı 9-10 medalla dönəcəklərərinə inandığını bildirib.
“Olimpidaya 48 nəfər idmançı ilə yollanacağıq. Sevindirici haldır ki, ilk dəfə olaraq Azərbaycan komanda idman növündə də təmsil olunacaq. Paris-2024-də iştirak edəcək bütün idmançılarımıza uğurlar arzulayıram. İnanıram ki, Olimpiya Oyunları təmsilçilərimiz üçün uğurlu keçəcək, medal sayı çox olacaq”, - deyə Çingiz Hüseynzadə bildirib.
İyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı