Çimərlik voleybolu millilərimiz Antalyada təlim-məşq toplanışına yollanıb
21 aprel 2025 700
Qadın və kişi çimərlik voleybolçularından ibarət Azərbaycan milli komandaları beynəlxalq təcrübə qazanmaq və hazırlıq səviyyəsini artırmaq məqsədilə Türkiyəyə yola düşüblər.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, millilər bu gündən etibarən Antalyada təlim-məşq toplanışına başlayacaqlar. Toplanış aprelin 21-dən 28-dək davam edəcək.
Hazırlıq prosesinin bir hissəsi kimi, yığma komandalar Antalyada keçiriləcək “Boardee Cup” beynəlxalq turnirində də iştirak edəcəklər. Turnir idmançılar üçün həm yarış təcrübəsi baxımından, həm də taktiki-texniki hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı