Cənubi Afrika hökuməti Formula 1 Qran-Prisinin keçirilməsi üçün müraciəti təsdiqləyib
10 sentyabr 2025 - 18:32 424
Cənubi Afrika Respublikasının Nazirlər Kabineti İdman Departamentinin 2027–2029-cu illərdə Kyalami trasında Formula-1 Qran-Prisinin təşkili üçün müraciət təqdim edilməsi barədə təklifini təsdiqləyib. Bu müddət ərzində müraciət bütün zəruri maliyyə zəmanətləri ilə təmin olunub.
“Bu müraciət Cənubi Afrikanın nüfuzlu özəl sektoru tərəfindən tam maliyyələşdirilir və uğurlu olacağı halda yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafın dəstəklənməsinə töhfə verəcək. Cənubi Afrikaya nüfuzlu Formula 1 Qran-Prisini keçirmək üçün namizədlik hüququnun verilməsi ölkəmizin qlobal miqyasda əhəmiyyətli oyunçu olduğunu təsdiqləyir”, – deyə nazir Xumbudzo Ntşavxeni bildirib.
Qeyd edək ki, bu ilin iyun ayında Kyalami trası Formula 1 mərhələlərinə ev sahibliyi etməyə imkan verən “Grade 1” lisenziyası alıb. Hazırda avtodromda əlavə tribunalara, yarışın idarəetmə binasına və boks zonalarına dair tikinti işləri davam etdirilir.
Sonuncu dəfə Cənubi Afrika Qran-Prisi Kyalami trasında 1993-cü ildə keçirilib.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı