Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına yekun vurulacaq
26 iyul 2025 - 08:08 589
Bu gün Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulacaq.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, festivalın son günündə Azərbaycan komandası cüdo üzrə qarışıq komanda yarışlarında mübarziə aparacaq. Yan Sandanski İdman Mərkəzində keçiriləcək yarışlarda komandamız ilk görüşünü saat 9:15-də keçirəcək. Rəqib Yunanıstan komandası olacaq.
Bu gün həmçinin Yan Sandanski İdman Mərkəzində Skopye-2025-in rəsmi bağlanış mərasimi də təşkil olunacaq. Saat 20:30-da başlayacaq mərasimdə Azərbaycan komandasının bayraqdarları atletika üzrə 110 metr məsafəyə sədlərlə qaçış üzrə U-18 Azərbaycan rekordçusu Əmir İsmayılov və cüdo üzrə -44 kq çəki dərəcəsində Skopye-2025-in qızıl medalçısı Gülşən Hüseynova olacaq.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 3 qızıl, 3 gümüş və 4 bürünc medal var.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı