Bu gün Füzulidə "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi keçiriləcək
17 oktyabr 2024 1131
Bu gün avarçəkmə üzrə təşkil olunan "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi keçiriləcək.
Yarışın açılış mərasimi Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar olaraq Füzulidə, Aşağı Köndələnçay su anbarında təşkil olunacaq.
Açılış mərasimindən sonra ikinci yarış gününə start veriləcək.
Qeyd edək ki, beynəlxalq reqatada Azərbaycanla yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən 100-dək idmançı mübarizə aparır.
Xatırladaq ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən reqatanın ilk günündə Azərbaycan təmsilçiləri 2 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıblar.
Beynəlxalq reqataya oktyabrın 18-də Mingəçevirdə yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı