"Böyük Dəbilqə": ilk yarış günü iki bürünc medalla yadda qaldı
14 fevral 2025 532
Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin ilk yarış gününü iki bürünc medalla başa vurublar.
Dünya cüdo turunun Bakı mərhələsində komandamıza medalları Əhməd Yusifov (-60 kq) və Elşən Əsədov (-66 kq) qazandırıb.
-60 kq çəki dərəcəsində qüvvəsini sınayan Əhməd Yusifov üçüncü yer uğrunda görüşdə ukraynalı Dilşot Xalmatova qalib gəlib.
Elşən Əsədov isə bürünc medal uğrunda qarşılaşmanın qızıl xal bölümündə özbəkistanlı Azizbek Ortıkovdan üstün olub.
Bürünc medal uğrunda mübarizə aparan digər cüdoçumuz Balabəy Ağayev isə həlledici görüşdə belçikalı Jorre Verstraetenə uduzaraq yarışı mükafatsız başa vurub.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə" turnirində 36 ölkədən 258 (166 kişi, 92 qadın) idmançı mübarizə aparır.
Azərbaycan komandası yarışda 32 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı