“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
10 may 2024 805
Azərbaycanın 4 cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal görüşünə çıxacaq.
Kişilər arasında 60 kiloqramda Əhməd Yusifov qazaxıstanlı Yeldos Smetovu, 66 kiloqramda Kamran Süleymanov isə komanda yoldaşı Ruslan Paşayevi sınağa çəkəcək.
Qadınların mübarizəsində isə 48 kiloqramda çıxış edən Leyla Əliyeva isə üçüncü yer uğrunda görüşdə türkiyəli Tuğçe Bederlə yarışacaq.
Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları - Açelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kiloqram) və Nazir Talıbov (60 kiloqram) isə turniri medalsız başa vurublar.
Qeyd edək ki, mayın 12-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı