“Böyük dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
16 fevral 2024 1473
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən "Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.
60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə özbəkistanlı Kamoliddin Baxtiyarova qalib gəlib.
Bu gün, həmçinin Azərbaycanın digər cüdoçuları - Yaşar Nəcəfov (66 kiloqram), Rəşad Yelkiyev (66 kiloqram) və Aydan Vəliyeva (52 kiloqram) bürünc medal görüşünə çıxacaqlar.
Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
