Böyük Britaniya Olimpiya Oyunları üçün idmana 418 milyon dollar ayıracaq
17 dekabr 2024 569
Böyük Britaniyanın idman qurumu “UK Sport” 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları üçün idman növlərinə 330 milyon funt sterlinq (təxminən 418 milyon dollar) sərmayə yatıracağını açıqlayıb.
Bununla belə, atletika və kayak idman növləri üçün maliyyə dəstəyi azaldılacaq. Qarşıdakı Olimpiya Oyunları üçün atletikanın maliyyə dəstəyi 22.2 milyon funt sterlinqdən 20.5 milyon funt sterlinqə endirilib.
“UK Sport” maliyyənin digər idman növlərinə istiqamətləndiriləcəyini bildirərək, “Los-Anceles-2028” Yay Oyunlarında Britaniyanın uğurlarını artırmağa çalışacağını vurğulayıb.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı