Boks Federasiyasının rəsmiləri milli komandaların məşqçiləri və hakimlərlə görüşüb
01 avqust 2025 - 12:22 620
Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov və İdarə Heyətinin üzvü Rövşən Hüseynov müxtəlif yaş qrupları üzrə yığmaların məşqçiləri və hakimlərlə görüşüb.
ABF-dən verilən məlumata görə, görüşdə milli komandalarımızın ilin əvvəlindən bu günədək iştirak etdiyi yarışlar, göstərdiyi nəticələr, qarşıdakı turnirlər müzakirə olunub.
Məşqçilər heyətlərinin hesabatları dinlənilib, yarışların sayının artırılması qərara alınıb. Avropa birinciliyində məktəbli boksçularımızın tarixi uğuru və rekordları da xüsusi vurğulanıb. Qeyd olunub ki, uşaq boksunun daha da inkişafı üçün bu ildən kadetlər arasında Azərbaycan kuboku keçiriləcək.
Bundan əlavə, hakimlərin beynəlxalq dərəcələrinin artırılması, yarışlarda iştirakı da müzakirə mövzusu olub.
Yekunda lazımi tapşırıq və tövsiyələr verilib, uğurların artırılması üçün lazımi şəraitin yaradılacağı vurğulanıb.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı