BOK-un təhlükəsiz idman üzrə eksperti Lüsi Troşet Milli Gimnastika Arenasında olub
16 oktyabr 2025 - 14:29 31

Oktyabrın 16-da Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə III Təhlükəsiz İdman Forumu çərçivəsində ölkəmizə gələn Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təhlükəsiz idman üzrə eksperti Lüsi Troşet Milli Gimnastika Arenasında olub.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, tədbirdə Azərbaycan Gimnastika Federasiyasının tibb və təhlükəsizlik üzrə meneceri Namiq Bədirxanov, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, MOK-un idman şöbəsinin baş məsləhətçisi, təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev, MOK-un Təhlükəsiz idman üzrə işçi qrupunun üzvü Elxan Səmədzadə, təhlükəsiz idman üzrə məsləhətçi Ayan Xankişiyeva və federasiyaların nümayəndələri iştirak ediblər.
Görüş zamanı qonağa arenanın infrastrukturu ilə bağlı məlumat verilib və təhlükəsiz idman çərçivəsində görülən işlər barədə söhbətlər aparılıb.
Bənzər xəbərlər

Azərkosmos və AMADA-nın tərəfdaşlığı əsasında təlim keçirilib
Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ... Ətraflı

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunub
Xorvatiyanın Zadar şəhərində Avropa Stolüstü Tennis Birliyinin (ASTB) növbəti konqresi ... Ətraflı